Sizin reklam burada
Sizin reklam burada

Nəqliyyat vasitəsi qaçırma


Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən avtomobil yuma məntəqəsindən “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Zaidov avtomobillə saxlanılıb.

*
Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə fevralın 13-də şəhər ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Firuddin Rəsulov avtomobillə şəhər ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş