Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev Yeni əsrin yeni lideridir

İlham Əliyev Yeni əsrin yeni lideridir


2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında Azərbaycan dövlətini strateji hədəflərə doğru uğurla aparıb.

İlham Əliyev Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini əsas hədəf müəyyən etmişdi.

Yekunda Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrildi. Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycan firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. 2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir.

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin Hərəkata sədrliyinin daha 1 il uzadılmasına səbəb olub.

İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olunub. İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib. Müstəqillik elan olunandan sonra ilk dəfədir Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib. Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur. Cəmi 9 aya Füzuli Beynəlxalq Hava Limanı inşa edilib, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Son olaraq bildirmək istəyirik ki, dünən yəni 7 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edirik. Əminik ki, Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqımızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.

İlham Əliyev Yeni əsrin yeni lideridir
Qurbanov Zəfər Qəzənfər oğlu
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ