Sizin reklam burada
Sizin reklam burada

"İsmayıllının Zəfər Şəhidləri" kitabının təqdimatı olub…


Yazıçı jurnalist Yusif Məhəmmədoğlunun "İsmayıllının Zəfər Şəhidləri" adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, "İsmayıllının Zəfər Şəhidləri" kitabında 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilir. Kitabının gələcək nəslin Vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olduğu vurğulanıb. Tədbir bədii hissə ilə davam edib.

  • Sosial şəbəkədə paylaş