Sizin reklam burada
Sizin reklam burada

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?




Bakıda və Abşeron yarımadasında yanvarın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ