Sizin reklam burada
Sizin reklam burada

Bakıda 25 dərəcə isti olacaq - Sabahın HAVA PROQNOZU

Bakıda 25 dərəcə isti olacaq - Sabahın HAVA PROQNOZU


Azərbaycanda sentyabrın 15-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ