Sizin reklam burada
Sizin reklam burada

Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru isə arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ