Sizin reklam burada
Sizin reklam burada

Naxçıvandakı şagirdlərin məktəbli forması ilə bağlı qərar

Naxçıvandakı şagirdlərin məktəbli forması ilə bağlı qərar


Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər.

Bu barədə Publika.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideynləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəkləridir: "Məlumat üçün bildirək ki, uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər. Naxçıvan Muxtar Respublikası Təhsil, İqsadiyyat nazirlikləri və şəhər, rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən ənənəvi məktəbli yarmarkaları bu il də davam etdiriləcək. Yarmarkalarda digər məktəbli ləvazimatları ilə yanaşı, məktəbli formalarının satışı da həyata keçiriləcək.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideynlər övladları üçün ölkə üzrə istifadə olunan məktəbli geyimlərindən də ala bilərlər. Bu, məcburi deyil və valideynlərin öz arzusu ilə ola bilər. Cari il üçün hər iki geyim formasından istifadəyə ümumtəhsil məktəblərində icazə veriləcək. 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq olunan geyim formalarından istifadə məcburi olacaq".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ