Sizin reklam burada
Sizin reklam burada

Bakının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq



Bakının Xətai rayonu üzrə Müşfiq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod, Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Sabah saat 09:00-dan təmir işləri başa çatanadək “Qum Məişət(Qİİ)”, “Alko”, “Naximov”, “Müşfiq əhali”, “Mirzə Davud küçəsi”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Sosial şəbəkədə paylaş