Sizin reklam burada
Sizin reklam burada

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ


İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, 16-dan 17-nə keçən gecə və səhər erkən saatlarında yarımadanın bəzi ərazilərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 13-17 dərəcə isti olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ