Sizin reklam burada
Sizin reklam burada

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində marixuana və tiryək aşkar edilərək götürülüb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş  tədbir nəticəsində marixuana və tiryək aşkar edilərək götürülüb



Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində marixuana və tiryək aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 11 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Kürdəmir rayon sakinləri, əvvəllər məhkum edilmişlər Səbuhi Şəmiyev və Ramil Məmmədovun idarələrində olan avtomobil saxlanılıb. Onlar narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən avtomobillə birlikdə şöbəyə gətiriliblər. Avtomobildə aparılan müvafiq axtarış zamanı onlara məxsus 5 kiloqram 120 qram marixuana və 3 kiloqram 125 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ