Sizin reklam burada
Sizin reklam burada

Culfada yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alan var

Culfada yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alan var
Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən Culfa rayonunda qeydə alınıb.

Hadisə zamanı Culfa rayon sakini, 1991-ci il təvəllüdlü Elvin Zaman oğlu İsaqlı ciddi xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin baş nahiyəsinə tikişlər qoyulub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş