Sizin reklam burada
Sizin reklam burada

Bakıda çağırışa gedən təcili yardım avtomobili qəza törətdi

Bakıda çağırışa gedən təcili yardım avtomobili qəza törətdi
Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

“Report”un məlumatına görə, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub.

Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ