Sizin reklam burada
Sizin reklam burada

Bu məhsullar insult riskini 19 faiz artırır - ÜST-dən XƏBƏRDARLIQ

Bu məhsullar insult riskini 19 faiz artırır - ÜST-dən XƏBƏRDARLIQ



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri belə qənaətə gəliblər ki, süni dadlandırıcılar uzun müddətdə arıqlamağa kömək etmir və orqanizmə zərər verə bilər.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın yeni hesabatında deyilir.

Qeyd edilib ki, dadlandırıcıların tez-tez istifadəsi 2-ci tip diabet riskinin 23-34 faiz, ürək-damar xəstəlikləri riskinin isə 32 faiz artması (19 faiz insult daxil olmaqla) ilə əlaqələndirilir.

Təşkilat süni dadlandırıcıları meyvə ilə əvəz etməyi tövsiyə edib. Bu tövsiyə diabetdən əziyyət çəkənlərə şamil edilmir.

Hesabat müəllifləri bildiriblər ki, tövsiyələr şərtidir və şəraitdən asılı olaraq düzəlişlərə məruz qalır, çünki məsləhətlərin verildiyi 283 araşdırmada bütün amillər nəzərə alınmamış ola bilər

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ