Sizin reklam burada
Sizin reklam burada

Sahib Qaslmov-65! Və ya şərəfli ömrün Sahibi

Sahib Qaslmov-65! Və ya şərəfli ömrün Sahibi

Həyatda elə insanlar var ki, onlar haqqında yazmaq çətindir. Amma çətin olduqları qədər də şərəflidir. Çətindir ona görə ki, yazdığın yazı məsulliyyət tələb edir. Həm də elə bir yazı işləməlisən ki, haqqında yazdığın adamın ömür yoluna işıq tuta biləsən. Şərəflidir ona görə ki, haqqında yazdığın adam bir evin yox, bir Elin, böyük bir məmləkətin tanınan Ağsaqqalı və tanınan Ziyalısıdır.
Şərəflidir ona görə ki, haqqında yazdığın Şəxsiyyətin ömrünün böyük bir hissəsi dövlətə və dövlətçiliyə xidmətdə keçmişdir.

Sahib Qaslmov-65! Və ya şərəfli ömrün Sahibi


İndi bu çətinlik və şərəflə haqqında yazdığım şəxsiyyəti siz oxucularımıza təqdim edim. Bu bizim üçün hər zaman dəyərli olan Sahib Qasımovdur. Onu da qeyd edim ki, rəhmətlik Zəlimxan Yaqub şeirlərinin birində yazmışdır ki:-
Gör-götür dünyası göstərib bizə
Elin başbiləni başda tac olub.
Sağlam toxum kimi düşüb torpağa,
Hər sözü bar verən bir ağac olub.
Əsl Ağsaqqala, ağsaqqallığa,
Nəsildən nəsilə ehtiyac olub.

Sahib Qaslmov-65! Və ya şərəfli ömrün Sahibi

Sahib müəllim yaşadığı 65 illik ömründə daim Ağsaqqal kimi də məmləkətimizin dəyərli Ziyalısı kimi də daim nümunəvi olub. Sahib müəllim tək özü yox, övladları da nəvələri də bizim dövlətimizə və dövlətçiliyimizə sədaqət nümunəsi olub. Çünki, geniş yazası olsaq və yazmaq istəsək belə Sahib müəllim kimi Şəxsiyyəti tam olaraq vəsf edə bilməyəcəyik. Çünki, Sahib müəllim çox böyük və şərəfli ömür yolu keçib. Bu ömrün bütün səhifələrinə işıq tutmaq lazım olduğu qədər də imkansızdır. Çünki, Sahib müəllimin keçdiyi və yaşadığı ömür yolu çox zəngindir.Yaşadığı 65 ili bu xalqa xidmətdə keçib. 65 illik həyatını həmişə şərəflə, ləyaqətlə və ona göstərilən etimadı doğrultmaqla keçirib.

Sahib Qaslmov-65! Və ya şərəfli ömrün Sahibi

Sahib müəllim yaxşı dost və yaxşı qonşudur. İstənilən zaman kəsiyində ona arxalana bilərsən. Dost kimi güvənilən Sahib müəllim heç zaman heç kimi darda qoymaz. Etdiyi irili xırdalı yaxşılıqlar bütün ağdamlıların dilində əzbərdi. Etdiklərini kimsəyə deməz və kiməsə özünü göstərməz. Kimə nə edibsə onu bir özü bilib bir də Allahı bilib. Bütün dünyanı ağuşuna bürüyən pondemiya dövri və ondan sonra başlayan Vətən Müharibəsi zamanı Sahib müəllimin etdiklərini sadalasaq bir yazıya sığmaz. Təkcə onu qeyd edim ki, Qurban və Ramazan bayramlarında bütün Şəhid ailələrini, Qaziləri və aztəminatlı ailələri ziyarət edər və hər bir ailəyə ərzaq yardımı-Bayram payı aparar. Vətən Müharibəsi zamanı Şəhid dəflərinin hər birində iştirak edib və imkanları daxilində ehsanlarına da köməyini əsirgəməyib. Mən hələ Sahib müəllimin Şəhidlər üçün tikdirdiyi bulaq kompleksini demirəm. Yani sadalasam bilmədiklərimiz bir çox xeyirxaqlıqlarını görəcəyik. Hər zaman özünüreklamdan uzaq olub etdiklərini dilə gətirməyib.

Sahib Qaslmov-65! Və ya şərəfli ömrün Sahibi

Bu yaxınlarda İlqar Boranoğlunun müəllifliyi ilə nəfis tərtibtla nəşr olunan "Vətın müharibəsinin Ağdam Şəhidləri" kitabı da birbaşa Sahib müəllimin təsübkeşliyi və maliyə dəstəyi ilə çap olunub. Elə həmin kitabı vərəqləyərkən nə qədər böyük iş görüldüyünü görmək və bilmək olar. "Şəhidlər ölməzdir!"- şuarı bu kitabın çapı ilə bir daha təsdiqini tapır. Bu kitabla Vətən müharibəsində canlarını torpaqlarımızın bütövlüyü üçün fəda edən Şəhidlərimizin keçdiyi şərəhli ömür yoluna işıq tutulur və onların qəhrəmanlıqlarından bəhs edilir.

Sahib Qaslmov-65! Və ya şərəfli ömrün Sahibi

65 illik ömür yoluna mən də bir yazı yazmaq istədim əziz dost. Bir daha səni, əziz dostumu, xeyirxah əməllər sahibi olan Sahib qardaşımı 65 illik yubleyi münasibəti ilə təbrik edirəm. Ağdamlı,Qarabağlı və Qələbə müjdəli 65 yaşın mübarək Sahib müəllim!


Sahib Qaslmov-65! Və ya şərəfli ömrün Sahibi

Yusif Məhəmmədoğlu,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvi, Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru, Prezident təqaüdçüsi, yazıçı-jurnalist

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ