Sizin reklam burada
Sizin reklam burada

Biləsuvarda keçirilən əməliyyatlarda 12 kq narkotik və silah aşkarlanıb

Biləsuvarda keçirilən əməliyyatlarda 12 kq narkotik və silah aşkarlanıb
Biləsuvarda keçirilən əməliyyatlarda 12 kiloqrama yaxın narkotik və silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Elmir Salmanov və Kamran Dadaşzadə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. Elmir Salmanovun üzərindən və Kamran Dadaşzadəyə məxsus avtomobildən 12 kiloqram narkotik, o cümlədən beş kiloqram psixotrop maddə metamfetamin, beş kiloqram tiryək, iki kiloqrama yaxın həşiş qatranı, heroin, marixuana və 400 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində saxlanılan rayon sakini Elgün Həsənovdan isə bir ədəd “PA-63” markalı tapança, həmin silaha aid sandıqça, altı ədəd patron və bir ədəd gecəgörmə cihazı aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ