Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi

Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi
Azərbaycanda narkotik qaçaqmalçılığında təqsirləndirilən İran vətəndaşı beynəlxalq axtarışa verilib.

Trend xəbər verir ki, 42 yaşlı Ahmadzadə Dehgan Tohid narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil dəstə yaratmaqla qaçaqmalçılıqda təqsirləndirilir.

Azərbaycan istintaq orqanı Ahmadzadə Dehgan Tohid barəsində cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Həmin şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, dünən Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatlar zamanı “Pünhan”, “Baba”, “Peyman”, “Araz” və sair şərti adları altında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ