Sizin reklam burada
Sizin reklam burada

Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident

Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident

Bakının Binə qəsəbəsində yerləşən şadlıq sarayında keçirilən toy mərasimində insident baş verib.

Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə noyabrın 19-da, axşam saat 22 radələrində qeydə alınıb. Qəsəbədəki şadlıq evində keçirilən toy mərasimi zamanı 2 nəfər mərasimə müdaxilə edib. Belə ki, 1995-ci il təvəllüdlü V.Abdullayev və həmyaşıdı N.Quliyev masaları çevirərək qab-qacaqları sındırmağa başlayıblar. Onların bu əməlindən sonra toy vaxtından əvvəl başa Şadlıq evinin sahibi, 1971-ci il təvəllüdlü X.Baxşıyev baş vermiş hadisə və ona dəymiş ziyanla bağlı ərazi üzrə polis şöbəsinə müraciət edib.

Müraciətlə bağlı araşdırma aparılır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ