Sizin reklam burada
Sizin reklam burada

Bakıdan Naxçıvana uçan təyyarə güclü duman səbəbindən geri qayıdıb

Bakıdan Naxçıvana uçan təyyarə güclü duman səbəbindən geri qayıdıb
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ