Sizin reklam burada
Sizin reklam burada

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda qar yağıb.

Lənkəranda 57 mm, Astarada 25 mm, Altıağacda 20 mm, Lerikdə 18 mm, Yardımlıda 17 mm, Qəbələdə 15 mm, Göytəpə, Xaltanda 10 mm, İsmayıllıda 9 mm, Şabranda 7 mm, Qobustanda 6 mm, Şamaxıda 5 mm, Neftçala, Salyan, Quba, Oğuzda 4 mm, İmişli, Sabirabad, Biləsuvar, Qusarda 3 mm, Ağsu, Cəfərxan, Qrızda 2 mm, Ordubad, Ağdam, Şəki, Tərtər, Xaçmaz, Beyləqanda 1 mm, Bakıda 2 mm, Maştağada 1 mm-dək yağıntı düşüb.

Şimal-qərb küləyi Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək. Oktyabrın 30-u gündüz, 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ