Sizin reklam burada
Sizin reklam burada

SN: Süd vəzi xərçənginə tutulanların sadəcə 1 faizini kişilər təşkil edir

SN: Süd vəzi xərçənginə tutulanların sadəcə 1 faizini kişilər təşkil edir


“Süd vəzi xərçənginə kişilərdə qadınlara nisbətən çox az hallarda rast gəlinir”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva "Süd vəzi xərçəngi" mövzusunda danışarkən deyib.


O bildirib ki, bu xəstəliyə tutulanların sadəcə 1 faizini kişilər təşkil edir: “Hər 150 qadından bir kişidə süd vəzi xərçənginə rast gəlinir. Qadınlardan fərqli olaraq, kişilərdə bu xəstəlik daha tez aşkarlanır. Süd vəzi xəstəliklərinin 70-80 faizi xoşxassəli olur”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ