Sizin reklam burada
Sizin reklam burada

Nazir: “İmtahanda iştirak edən 2000 müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”

Nazir: “İmtahanda iştirak edən 2000 müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”



“Azərbaycan müəllimlərinin əksəriyyəti bu gün öz peşəsinə yararlıdır və artırılmış əməkhaqqı ilə peşələrini davam etdirəcəklər. Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”.

Bunu “Real” TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, çox ciddi problemlə üz-üzəyik:

“Müəllim öz fənnini bilmirsə, sinif otağındakı azyaşlı şagirdə nə öyrədə bilər? Çox ciddi problemlə üz-üzəyik. İmtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmirsə, burada güzəşt etmək mümkündürmü? Birmənalı olaraq, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir”.

“Öz fənnini bilməyən müəllim altı yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis nəsə təsəvvür edə bilmirəm”, - deyə nazir əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ