Sizin reklam burada
Sizin reklam burada

Cəlilabadda yol qəzası olub: Xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub: Xəsarət alanlar var
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Əsgərov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ