Sizin reklam burada
Sizin reklam burada

Goranboyda iki maşın toqquşdu: Xəsarət alanlar var

Goranboyda iki maşın toqquşdu: Xəsarət alanlar var
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “QAZel” markalı yük maşını ilə VAZ-2107 markalı minik avtomobili toqquşub. Bundan sonra yük maşını aşıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ