Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 800 m² olan istixananın polietilendən ibarət üzlüyü 300 m² sahədə və içərisində plastik dibçəklər yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istixananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
