İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri döyüşdən qayıdan qaziləri növbəti dəfə ziyarət ediblər. Onlar Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan döyüşçülər və ailələri ilə evlərində görüşüblər. Görüş pandemiya qaydalarına uyğun olaraq keçirilib.
Ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət edilib. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışılıb. Qazilər döyüşlərlə bağlı öz təsüratlarını bölüşüblər. Ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
RİH başçısı bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.