arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Sabahın hava proqnozu AÇIQLANDI


Sabahın hava proqnozu AÇIQLANDI

Fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 9-11, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.

Fevralın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Sosial şəbəkədə paylaş