Sizin reklam burada
Sizin reklam burada

Ali Məhkəmədə hakimlərin andiçmə mərasimi keçirilib - VİDEO


Ali Məhkəmədə hakimlərin andiçmə mərasimi keçirilib - VİDEO

Bu gün Ali Məhkəmədə hakimliyə yeni təyin olunan şəxslərin andiçmə mərasimi keçirilib.

İTV andiçmə mərasimindən canlı yayım edib.

Andiçmə mərasimdə Prezident İlham Əliyevin sərəncamı ilə hakim təyin olunan 44 nəfər yeni hakim and içib. Fərmana əsasən hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və vaxtında baxılması məqsədilə əlavə 200 yeni hakim ştatı ayrılıb.

Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə şura tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elan edilməsi təyin edilib.

Xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə ötən il Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilmiş müsabiqə nəticəsində 44 nəfər hakimliyə namizəd bir neçə mərhələdən ibarət olan imtahanları, o cümlədən yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vurub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ