Sizin reklam burada
Sizin reklam burada

İsmayıllıda küçələrin asfaltlanması davam edir

İsmayıllıda küçələrin asfaltlanması davam edir

İsmayıllı şəhərinin küçələrində asfaltlanma işləri plana uyğun davam edir. Burada yollar xüsusi texnikalar vasitəsi ilə hamarlanır, daha sonra asfalt örtük çəkilir. Yeni asfaltlanan küçələrdən Maqsud Cavadov küçəsi uzunluğu 670 metr olmaqla Ə.Ələkbərzadə küçəsini Nuru Paşa küçəsi ilə birləşdirir, Ə.Ələkbərzadə küçəsini Cavad Məmmədov küçəsi ilə birləşdirən Əhməd Cavad küçəsinin uzunluğu isə 520 metrdən ibarətdir. Burada ümumilikdə 5950 kv.m asfalt örtük döşənmişdir.

Məlumat üçün bildiririk ki, sözügedən hər iki küçə ilk dəfə asfalt olunur. Bu küçələrdə əvvəllər yol yatağı çınqıldan ibarət olmuşdur.

Qeyd edək ki, koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, qələbə ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi ölkəmizdə, eləcədə rayonumuzda nəzərdə tutulan heç bir layihəni təxirə salmadı. Bu da Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanımızın nə qədər güclü olmasının bariz nümunəsidir.

Bu gün İsmayıllıda çəkilən hər bir küçə, hər bir yol digər yollarla birləşərək sabah bizi Şuşaya aparacaq, Qarabağa aparacaq.
İsmayıllıda küçələrin asfaltlanması davam edir
İsmayıllıda küçələrin asfaltlanması davam edir
İsmayıllıda küçələrin asfaltlanması davam edir
İsmayıllıda küçələrin asfaltlanması davam edir
İsmayıllıda küçələrin asfaltlanması davam edir

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ