Sizin reklam burada
Sizin reklam burada

Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşır



Böyük Britaniyada aşkar edilən koronavirusun yeni ştammının dünyada yayılması xəbərləri fonunda etalon neft markalarının qiymətlərində ucuzlaşma qeydə alınıb.

Bu barədə “İnterfax” məlumat yayıb.

London “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin dəyəri bazar ertəsi səhər saatlarında bir barel üçün 51,14 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,15 dollar (0,29%) azdır.

Nyu-York Birjasının (NYMEX) elektron ticarət əməliyyatlarında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,07 dollar (0,15%) azalaraq, bir barel üçün 48,16 dollara enib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ