Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisdə büdcə müzakirələri başladı: Hökumət təmsilçiləri parlamentdə

Milli Məclisdə büdcə müzakirələri başladı: Hökumət təmsilçiləri parlamentdə


Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələri müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, büdcə zərfinə daxil olan məsələlər öncə bu gün saat 11:00-dan etibarən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur.

Müzakirələrdə Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Statistika Komitəsinin sədri Tahir Budaqov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Əli Abdullayev, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və deputatlar iştirak edir.

Daha sonra isə gün ərzində parlamentin digər komitələrinin də iclası keçiriləcək.

Müzakirələrdə dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6% çoxdur. İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə, 855,1 milyon manat və yaxud 2,8% çoxdur.

2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə, 610,1 milyon manat və yaxud 7,7% azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7%-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə, 1,4 faiz-bənd azdır.

2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə, 1 303,0 milyon manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5% çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9% çoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ