Sizin reklam burada
Sizin reklam burada

Nazirin töhmət verdiyi direktoru DİN də cəzalandırdı

Nazirin töhmət verdiyi direktoru DİN də cəzalandırdı

Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədova cərimələnib.

DİN mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.

Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev məktəb direktoruna şiddətli töhmət verib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ