44 günlük Vətən Müharibəsində Bioloji Təbabət Klinikası həm tibbi personalı ilə həm də digər yardımları ilə Ordumuzun yanında oldu. Həkimlərimiz həm ön cəbhədə həm də arxa cəbhədə mübarizə apardılar. Onlarla əsgər və zabitlərimiz Bioloji Təbabət Klinikasında təmənnasız müalicə olundular. Bundan başqa müharibənin ən gərgin anlarında Klinika ərzaq və isti geyim yardımları ilə Ordumuzun yanında oldu. Bütün tibbi avadanlıqlarla təmin olunmuş Klinikanın Ambulansı 44 gün ərzində Cəbhə bölgəsində olmuş yaralı əsgər və zabitlərimizə tibbi yardım göstərmişdir. Digər məlumatları da paylaşdığım videodan izləyə bilərsiz.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!