Azərbaycan müstəqil ölkədir və onun müstəqil siyasi xətti mövcuddur. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Vətən müharibəsi bizim azadlıq müharibəmizdir, işğalçı Ermənistan isə yeni ərazilər əldə etməyə çalışır.
Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini təxribat törətməsilə bütün cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatlar başladı, mülki şəxslər həlak olublar, mülki infrastruktur obyektlərinə, təsərüffat sahələrinə ciddi ziyan dəyib. Ermənilər bənzəri olmayan vandalizim nümayiş etdirməklə xüsusiyyətlərini sübüt edirlər. Gecə vaxtı əhalisi yuxuda olan şəhər və kəndləri, hətta qəbirləri gülləbəran edirlər. Gəncə və Tərtərdə törədilən terror aktları isə Xocalı qətliyamı ilə birlikdə hərbi cinayətlər kimi şübhəsiz beynəlxalq məhkəməyə çıxarılacaq. Müzəffər Azərbaycan Ordusu uğurlu əks hücum, sülhə məcbur etmə əməliyyatı keçirməklə cavab tədbirləri görür.
Ali Baş Komandan dəfələrlə bəyan edib ki, biz mülki əhalini hədəf seçmirik, bizim amansız qisasımız döyüş meydanıdır. O, dönə-dönə erməni analarına müraciət edib ki, övladlarınızı başqasının torpaqlarında ölümə göndərməyin. Erməni ordusu haqqında uydurma mifi Azərbaycanın qəhrəman oğulları darmadağın etdi. Ağır itkilər verən düşmən iflic vəziyyətdədir, işğalçı tərəf bütün cəbhə boyu təslim olmaq üzrədir. Ruh düşkünlüyü, fərarilik halları baş alıb gedir. Bizdə isə haqlı mübarizəmizdə hər gün qazanılan qələbələr, işğaldan azad olunan yaşayış məntəqələri, strateji yüksəkliklər bütün bunlar hamıya ruh yüksəkliyi, qürur verir, tam qələbə əzmini daha da artırır. Balalarımız maşallah necədə böyüdürlər, əsl düşmən çəpərinə çevrildilər. Onlar necədə qətiyyətlə ön cəbhəyə can atırlar! Allah qorusun! Azərbaycan vətəndaşları böyük həmrəyliklə Ali Baş Komandan - Cənab Prezidentin ətrafında sıx birləşib onun bütün qərarlarını anlayışla qarşılayır, böyük inamla ona güvənirlər. Müxtəlif ölkələrin telekanallarına, bəzi kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində dövlət başçımız qısa vaxt ərzində yığcam, lakin tam aydın şəkildə Qarabağın tarixini, münaqişənin yaranmasının izahını verir. Hər ölkə üçün verilən müsahibədə məhz həmin ölkəyə bəzi mesajlar ünvanlanır. Xalqa müraciətlərdə isə qarşısında sözünü üstündə durması, qətiyyəti, əzmi ilə əsl dövlət başçısının dolğun obrazını görürük. Xalqımız fəxr edir öz xilaskarı ilə. Onun iradəsini heç bir qüvvə, heç bir təzyiq qıra bilmədi. O, bizə qətiyyətli, iradəli, qürurlu olmağın gözəl nümunəsidir.
Budur əsl Liderlik. Müxtəlif düşüncələri, fərqli baxışları olan bütün vətəndaşları birləşdirib vahid qüvvəyə çevirə bilmək bacarığı. Ruhdan düşmək üzrə olan azərbaycanlılara yeni ruh verdiniz, özgüvənimizi qaytardınız, necə vətənpərvər, necə qeyrətli, hünərli xalq olduğumuzu önə çəkdiniz, cənab Prezident. 30 ilə yaxın müxtəlif beynəlxalq qrupların, qrumların etməli olub etmədyini siz öz əzminizlə həll etdiniz.
Dahilərin dahisi, mərdlərin mərdi, müdriklərin müdriki olan Rəhbərimiz, bizə başa saldınız ki, əslində biz çox xoşbəxt xalqıq, çünki taleyimiz dərin, düşüncəli, iti, məntiqli, uzaqgörən, təmkinli, tədbirli, güclü siyasi və taktiki bacarığı olan Sərkərdənin əlindədir. Çox sağ olun, minnətdarıq. Cənab Prezident, qürurlu günlərimizə, sevinc göz yaşlarımıza, sabaha olan böyük inamımıza görə!
Hər günümüz yeni səlnamə olmaqla ölkənin yeni şanlı tarixi yazılır. Var olsun odlar yurdu günəşli Azərbaycan!
Yaşasın bizə fəxarət yaşadan fəxrimiz Ali Baş Komandan!
Yaşasın qəhrəman Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır!
İlham Əzimov
"43 № li Yol İstismarı" MMC - nin Direktoru