Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycan antiterror əməliyyatını bərpa etməlidir” – Müharibə çağırışı

“Azərbaycan antiterror əməliyyatını bərpa etməlidir” – Müharibə çağırışı


"Azərbaycan tərəfi antiterror tədbirlərinin bərpası hüququnu özündə saxlayır”.

Bu sözləri Sfera.az-a açıqlamasında son günlər erməni təxribatlarının artmasına münasibət bildirərkən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib:

"Azərbaycan Prezidenti son çıxışlarının birində bu barədə mövqeyini bildirib. Prezident qeyd edib ki, ermənilər bir daha baş qaldırmağa cəhd etsələr, onları tamamilə darmadağın edəcəyik. Belə bir fikrin Azərbaycan Prezidenti tərəfindən səslənməsi erməni təxribatlarına birdəfəlik son qoymaq üçün mümkün variantların mövcudluğundan xəbər verir. Bu təxribatlara son qoymaq üçün Azərbaycan tərəfi sentyabrın sonlarında başladığı antiterror əməliyyatını yenidən davam etdirməlidir”.

Ekspert hesab edir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşma var və bu razılaşmaya əsasən silahlar yerə qoyulmalı, bütün cəbhə boyu atəşkəs bərpa olunmalıdır:

"Görünən odur ki, Ermənistan baş nazirinin mövqeyi ölkəsində artıq heç kim tərəfindən eşidilmir. Belə olan halda erməni silahlı dəstələrinin son özbaşınalıqlarıgözlənilən idi. Düşmənin bütün qalan qüvvələrini məhv etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik. Ərazidə qalan erməni ordusunun tör-töküntüləri məhv edilməlidir. Onlar tərksilah olunaraq əsir götürülməli, ya da məhv edilməlidirlər”.

Həmsöhbətimizin fikrincə, bu sayaq özbaşınalıqlara son qoymağın başqa çıxış yolları yoxdur:

"Əks təqdirdə, bu cür lokal hücum və təxribatlar növbəti dövrlərdə də davam edəcək. Əlavə və yersiz itkilərdən qaçmaq üçün yuxarıda qeyd etdiyim bu addımın atılması vacibdir.

Çünki partizan müharibəsinin epizodlarına bənzər lokal döyüşlər təhlükəlidir. Bu bizə ağır başa gələ bilər. Ona görə də bəzi ərazilərdə qalan erməni tör-töküntülərini tamamilə məhv etmək üçün hərəkətə keçməliyik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ