Bu gün daha bir xoş xəbər aldıq
2014-cü il iyulun 11-də Ermənistan Silahlı Qüvvələri Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi
Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən girov götürmüş, işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurmuş, "məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.
Həqiqi ədalət gec-tez öz layiqli yerini tapdı: 6 ildən sonra onlar yenidən azaddır, vətən torpağındadır.
Yurdunuza xoş gəlmişsiniz, Dilqəm Əsgərov və Şahbaz Quliyev! Ailələrinin və bütün Azərbaycan xalqının gözü yadın olsun!