Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə yeni ildə komendant saatı elan olundu

Türkiyədə yeni ildə komendant saatı elan olundu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusla bağlı vəziyyətlə əlaqədar 31 dekabr axşam saatlarından 4 yanvar səhər saatlarına qədər komendant saatı elan olunduğunu açıqlayıb.

Bu barədə “Daily Sabah” məlumat yayıb.

“Yeni il bayramında koronavirusa qarşı tədbirlər çərçivəsində dörd günlük komendant saatı tətbiq olunur: 31 dekabr 21:00-dan 4 yanvar 05:00-a qədər”, - deyə R.T.Ərdoğan bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ