Ermənistan müxalifətinin Paşinyana istefa etməsi üçün verdiyi vaxt bitib. Sonra ki proseslər bizim üçün də çox maraqlıdır. Paşinyan gedəcək yoxsa mübarizəsini davam etdirəcək. İndiki mərhələdə Rusiyanın Ermənistana fiziki müdaxiləsi yüksəkdir amma erməni cəmiyyətində kifayət qədər mənfi imicə malikdir. Ona görə cəmiyyətin böyük bir hissəsi Paşinyanın istefaya göndərilməsi məsələsində aktiv deyil. Yaranan uğursuzluğu da keçmiş iqtidarın əməlləri olaraq görürlər.
Paşinyanın qalması və ya getməsi, bizə uyğun hansıdır? Məncə, qalması bizim üçün daha da faydalı olar amma bütün hallarda bundan sonra regionda qurulacaq yeni vəziyyətdə Ermənistanın iştirakı bir çox hallarda bizim razılığımız və icazəmiz ilə olacaq. Çünki, yeni şəraitin yaranmasında qurucu ölkə bizik.
Paşinyan qalarsa;
1) Məğlub liderlə işləmək bizə daha asan olacaq.
2) Paşinyan Rusiyadan qaçma siyasətini çox böyük ehtimalla davam etdirəcək ki, bu da Ermənistanın Rusiyadan tam dəstək almasına imkan verməyəcək. Ona görə Rusiya Ermənistanı cəzalandırmaq üçün yaxşı mənada bizdən istifadə edəcək və ya Paşinyanın tam təslim olması üçün Ermənistana qarşı təzyiq və tələblərimizin qarşısını almayacaq.
3) Paşinyan hakimiyyətdə qaldıqca erməni dövlətinə və cəmiyyətinə təsir etmək imkanlarımız daha çox olacaq. Erməni cəmiyyətini qarışdırmaq üçün hər dəfə onu tənqit etməyimiz, məğlubiyyətini xatırlatmağımız, "nə oldu Paşinyan" deməyimiz kifayət edəcək ki, hakimiyyəti kövrək olsun.
Paşinyan Rusiya üçün arzu olunmaz şəxs olsa da;
İndi vəziyyətdə onun dəyişilməsi Rusiyaya indiki halda sərf etməz. Çünki, Rusiyanın mövcud vəziyyətin geriyə dəyişməsi üçün nəsə etməsi mümkün deyil. Bu da Rusiyanın erməni cəmiyyətində daha da nüfuzdan düşməsinə səbəb olar. Onsuz da Rusiya Ermənistanda bir çox şeyi ələ ala bilsədə erməni cəmiyyətinə təsir etmə imkanını əldə edə bilmir.
Rusiya Azərbaycan və Türkiyə ilə əlaqələrinin daha da sıxlaşdırılması məqsədi ilə də Paşinyanın hakimiyyətdə qalmasına razı ola bilər (Rusiya istədiyini almaqla).
Politoloq Yalçın Hacızadə