44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır.
Xeberleragentliyi.com xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, bu haqda müxalif "Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan danışıb.
"İtkin düşmüş əsgərlərdən biri David Adumyanın anası əmin edir ki, təxminən gün əvvəl meşədə gizlənən əsgərlərimiz Dağlıq Qarabağda "911” xilasetmə xidmətinə zəng vura biliblər və meşədə olduqlarını deyiblər, kömək istəyiblər. İnternetdə artıq iki gündür ki, meşələrdə mühasirəyə düşən əsgərlərimiz haqda video yayılır, onlara təcili kömək lazımdır”,-Zöhrabyan bildirib.
Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim bu haqda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova bildirib və axtarış işləri başlayıb.Virtualaz.org