Sizin reklam burada
Sizin reklam burada

Deputatdan növbəti onlayn qəbul

Deputatdan növbəti onlayn qəbul

Milli Məclisin deputatı Novruz Aslanov özünün fəaliyyət qrafikinə uyğun olaraq hər həftənin IV günü seçiciləri ilə onlayn və ya telefon vasitəsilə əlaqə saxlayır. COVİD-19 Pandemiyası dövründəki məhdudiyyətlər nəzərə alınaraq, mümkün olan hallarda millət vəkili İsmayıllı rayonuna səfərlər edir və ya onlayn formatda qəbullar keçirir.

Xeberleragentliyi.com xəbər verir ki, millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayır və ona mövcud problemləri barədə məlumatlar verirlər. Noyabrın 26-da Novruz Aslanov seçicilərinin telefon zənglərinə cavab verərək müraciətləri dinləyib. Müraciət edənlər müvafiq qaydada qeydiyyata alınıb, bir neçə məsələ yerindəcə həllini tapıb, həlli zaman tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib.

Pandemiya dövrü ərzində əhaliyə dəstək proqramı çərçivəsində yerli sakinlərə ərzaq və gigiyenik bağlamalarla dəstək verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ