Sizin reklam burada
Sizin reklam burada

Süleyman Qasımov: Yaşasın Ali Baş Komandan!

Süleyman Qasımov: Yaşasın Ali Baş Komandan!
ARDNŞ-nin vitse prezidenti Süleyman Qasımov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixində etdikləri səfəri izləməyən Azərbaycan vətəndaşı olmadı. Nəinki Azərbaycan vətəndaşı, bir çox ölkələrin telekanalları bu səfəri geniş işıqlandırdı.

Xalqım sevə-sevə həmin səfərlərin şəkillərini paylaşdı, “Nə oldu Paşinyan yol çəkirdin bəs? Sən yol çəkən yerdə rəis love stori çəkdi” yazdılar. 2020-ci ilin payız ayları Azərbaycan xalqının mənəvi olaraq yeni dirçəlişinin, Müzəffər Ali Baş komandanın bizə yazatdığı böyük tarixi qələbənin yeni emosional inkişaf dövrü başladı. Bu gün o gündür ki, Ulu Öndər Heydər Əliyevin tarixi söylədi “Gün gələcək, Azərbaycan dünyaya gün kimi döğacaq”.
Sosial şəbəkələrdə dünyanın istənilən qitəsindən Azərbaycan xalqının haqlı səsini eşidib, “Qarabağ Azərbaycandır” videoları çəkib, internetdə paylaşırlar. Azərbaycanlı olaraq bu videoları izləmək olduqca qürurverici və ən yüksək müsbət emosional fəxr etmə hissləri yaşayır insan!
Bu gün o gündür ki, hər bir Azərbaycanlı “Fəxr edirəm ki, Azərbaycanlıyam” deyir.
Azərbaycan xalqı pandemiya dövründə COVİD 19 infeksiyası ilə ön cəbhədə vuruşduğu an, məkrli düşmən öz hiyləsindən əl çəkmədi.
Düşmən ölkənin baş naziri utanmadan Qarabağa səfər edib, sərxoş vəziyyətdə rəqs edib, Qarabağ üçün planlar açıqladı. Səfil vəziyyətdə yaşayan öz ölkəsinin xalqının inkişafı üçün plan proqramların hazırlanması əvəzinə, öz fəaliyyəti dövründə Azərbaycan xalqını qıcıqlandırmağa çalışaraq, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, bütün dünyaya bəyan etmək istədi ki, BMT-nin qətnamələrini saymıram, və işğal etdiyim torpaqlardan çıxmıram.
Üzücü idi Azərbaycan xalqı üçün bütün bunları müşahidə etmək. Səbr kasası dolsa da, 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini gözlədi.

Bildiyimiz kimi 30 ilə yaxındır ki, Azərbaycan Respublikasının torpaqlarının bir hissəsi təcavüzkar ermənilər tərəfindən işğal olunub. Bu hərəkətləri də ermənilərin nə qədər acgöz, təcavüzkar bir ölkəsi olduğundan xəbər verir və ölkələr arasında münaqişəyə səbəb olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu münaqişəni sülh yolu ilə həll etmək istəsə də bəzi ermənipərəst ölkələr bu məsələni həll etmək istəmirlər. Minsk qrupu həmsədri olan üç ölkə Rusiya, Fransa və ABŞ işğalçı ölkə olan Ermənistana təzyiq etməyib. Əslində Minsk qrupu həmsədrləri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Ancaq Minsk qrupu Ermənistanın Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmasına etiraz etmirlər. Biz bilirik ki, qanunsuz məskunlaşma beynəlxalq cinayətdir və Cenevrə konvensiyalarına ziddir. Təcavüzkar ölkə Ermənistan Dağlıq Qarabağ torpaqlarını zəbt etməsi ilə kifayətlənməyib dəfələrlə atəşkəsi pozub, digər şəhər və rayonlarımıza da göz dikiblər. Buna misal olaraq aprel və iyul aylarında olan döyüşləri göstərmək olar. Növbəti dəfə 27.09.2020-ci ildə ermənilər atəşkəsi pozaraq Azərbaycana hücum edərkən Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən rəşadətli ordumuz əks hücum əməliyyatına başladı. Əks hücum əməliyyatı zamanı rəşadətli ordumuzun şücaəti nəticəsində düşmənin layiqli cavabını verərək Azərbaycanın olan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ilə yanaşı 150-dən çox kəndini işğaldan azad etdilər. Rəşadətli ordumuz hal- hazırda digər rayonlarımızın alınması uğrunda döyüşlər aparır. Ermənistan dövlətinin bizim ordumuzla hərbi döyüşdən qorxduğunun əyani sübutu budur ki, onlar rəşadətli ordumuzun göstərdiyi müqavimətdən qorxaraq Cenevrə konvesiyalarına zidd olaraq mülki əhalini atəşə tutur. Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə şəhərini ballistik, Bərdə şəhərini S-300 raketləri ilə, Ağcəbədi, Tərtər, Goranboy, Naftalan və digər şəhər və rayonlarımızı atəşə tutaraq bir neçə nəfər mülki vətəndaşı qətlə yetirib, bir neçə nəfər vətəndaşı evsiz-eşiksiz qoyublar. Ən dəhşətlisi odur ki, mülki əhalini gecə saatlarında atəşə tutublar və neçə uşağı valideynsiz, neçə valideyni uşaqsız qoyublar. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doqquz məktəbli həlak olmuşdur. Bu da ermənilərin nə qədər zəif, qəddar, vəhşi, zalım və təcavüzkar bir millət olmasından xəbər verir.
Çox təəssüf hissi ilə bildirirəm ki, Dünya birliyi ermənilərin törətdiyi bu zalımlıqlara, terrorlara biganə qalır.
Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidentinin, tarix yazan sərkərdəsinin ölkəsi üçün göstərdiyi gücündən, düzgün apardığı siyasətdən güc alan rəşadətli ordumuz döyüş bölgəsində tökülən qanların qisasını düşməndən layiqincə alır.
Bu gün ordumuzun göstərdiyi əzm, şücaət, döyüş, xalqımızın bir olması, güclü olması prezidentimiz İlham Əliyevin güclü olmasından ilhamlanaraq güclü olması deməkdir. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşduğu üçün, üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırdığı üçün

Azərbaycan Respublilasının Prezidenti İlham Əliyev cənabına və güclü hərbi ordusuna borcludur!

Xöşbəxtəm ki, Azərbaycanlıyam!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ