arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Uşaq bağçalarının fəaliyyətinin dayandırılması nə vaxta qədər davam edəcək? - RƏSMİ

Uşaq bağçalarının fəaliyyətinin dayandırılması nə vaxta qədər davam edəcək? - RƏSMİ

“Uşaq bağçalarının fəaliyyətində fasilə davam etməkdədir”.

Bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, uşaq bağçalarının fəaliyyətinin dayandırılması epidemioloji vəziyyət nəzarət altına alınanadək davam edəcək:

“Bağçalarda olan təhsil hələlik bərpa edilmir. Amma bağça və məktəbəqədər tədris müəssisələri istəyərsə, öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər”.

“Sonra müəyyən bölgələrdə bağçaların fəaliyyəti bərpa edilə bilər. Lakin ən azı iki həftədə bu reallaşmayacaq”, - deyə E.Əmrullayev əlavə edib.

  • Sosial şəbəkədə paylaş