Sizin reklam burada
Sizin reklam burada

SOCAR-ın reytinqi dəyişdirilmədi

SOCAR-ın reytinqi dəyişdirilmədi

“Standard & Poor Global Ratings” beynəlxalq agentliyi SOCAR-ın uzunmüddətli reytinqini “BB-“ səviyyəsində saxlayıb.

“Report” agentliyin hesabatına əsasən xəbər verir ki, Azərbaycanın ölkə reytinqinə müvafiq olaraq da SOCAR-ın “sabit” reytinq proqnozu “mənfi”yə əvəzlənib.

“Ölkə iqtisadiyyatının başlıca sektoru olan neft-qaz sahəsində SOCAR hökumətin ən mühüm aktivlərindəndir. Hökumət bütövlüklə sahibi olduğu şirkətin strategiyasını müəyyənləşdirməkdə yaxından iştirak etməklə dəfələrlə ona böyük vəsaitlər ayıraraq kapital məsrəfləri üçün borclar versə də, borclarının cəmi 10 faizinə zəmanət verir”, – hesabatda qeyd olunur.

Sənəddə irəli sürülən orta ssenariyə görə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət SOCAR-ın işgüzar mövqeyinə və likvidliyinə məhdud təsir göstərir. Çünki şirkətin əsas aktivləri münaqişə bölgəsindən uzaqda yerləşir. Bu yaxınlarda Bakı – Tbilisi - Ceyhan əsas ixrac neft kəmərinə və Cənub Qaz Dəhlizinə qarşı raket zərbələri cəhdinin Azərbaycan ordusu tərəfindən dəf edilməsi barədə hökumətin açıqlama verdiyi də qeyd olunur: “Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi ən böyük neft-qaz layihələrinin operatoru və səhmdarı iri beynəlxalq neft şirkətləri olduğu halda SOCAR həmin layihələrdə müvafiq olaraq 25 və 10 faizlik paya sahibdir. Həmçinin Cənub Qaz Dəhlizində 49 faizlik pay sahibi olan SOCAR-ın ölkə daxilindəkli əməliyyat fəaliyyəti, ixrac işləri, kapital məsrəfləri fasiləsiz olaraq davam edir, təhlükəsizliklə bağlı bütün məsrəflərini isə hökumət çəkir”.

Bununla yanaşı, bu ilin noyabr ayında işə salınması nəzərdə tutulan, “Şahdəniz” yatağından Cənubi Qaz Dəhlizi vasitəsilə Avropanın cənubuna ildə 10 milyard kubmetrədək təbii qazın nəql ediləcəyi Trans Adriatik Qaz Kəməri (TAP) ilə də hər hansı dəyişikliyin gözlənmədiyi qeyd olunur: “Həmçinin Qarabağdakı hərbi əməliyyatlara baxmayaraq SOCAR yerli və beynəlxalq banklar tərəfindən borc maliyyələrinə açıqdır, şirkətin yerli banklarda yerləşdirilmiş hesabları da əvvəlki kimi açıqdır”.

Hesabata görə 2020-ci ilin ikinci rübündə neftin kəskin ucuzlaşmasına baxmayaraq SOCAR-ın EBİTDA-sı (müxtəlif ödənişlərdən əvvəlki gəlir həcmi) nisbətən məhdud dərəcədə azalıb. Belə ki, cari ilin birinci rübündə 2138 milyon manat olan EBİTDA ötən ilin müvafiq dövründə 2571 milyon manat təşkil edib.

SOCAR-ın hesabat sənədlərinə görə dövriyyə kapitalının kənarlaşması 676 milyon manat, kapital məsrəfləri də 1788 milyon manat təşkil etməsi nəticəsində FOCF (sərbəst əməliyyat nağd axını) mənfi 847 milyon manat olduğu halda hökumət bunun yerini doldurmaq üçün cəmi 373 milyon manat ayırıb. Həmçinin “S & P Global Ratings”in ehtimlına görə “Brent” markalı neftin bu ilin sonunadək 40 dollar, 2021-2022-ci illərdə orta hesabla 50 dollar səviyyəsində olacağı, habelə OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair öhdəliklərə əməl olunacağı fərz edilsə, SOCAR-ın EBİDTA-sının cari ildə 4 milyard manatadək azalacağı, 2021-2022-ci illər ərzində isə tədricən 4,2-4,7 milyard manatadək artacağı (2019-cu ildə 4,8 milyard manat olub) güman edilir: “Bu ilin sonunda TAP layihəsinin işə düşməsi nəticəsində mənfəət artımını məhdud səviyyədə gözləyirik. Çünki bu layihənin səhmdarları arasında SOCAR öncül yerə sahib deyil. Nəql həcmi tədricən artacaq, neft-qaz ixracatından əldə edilən mənfəətin əsas hissəsi Dövlət Neft Fondu vasitəsilə hökumətə çatacaq”.

Hesabat müəlliflərinə görə, orta ssenari çərçivəsində 2020-2022-ci illərdə SOCAR-ın FFO/borc nisbəti 9-12 faiz səviyyəsində olacaq.

Qeyd edək ki, kopronavirus pandemiyası nəticəsində dünya neft bazarındakı təbəddülatlar nəzərə almaqla “Moody’s Investors” kimi nüfuzlu reytinq agentliyi hələ bu ilin aprel ayında BP (A1), “Royal Dutch Shell” (“Aa1”), “Equinor” (“Aa2”), “Total” (“Aa3/P-1”) kimi dünyanın ən iri neft şirkətlərinin reytinq proqnozunu “sabit”dən “mənfi”yə dəyişdirmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ