Sizin reklam burada
Sizin reklam burada

"Qarabağda müharibənin sonunadək hər əsgərə bir bağlama" - rusiyalı biznesmendən aksiya

"Qarabağda müharibənin sonunadək hər əsgərə bir bağlama" - rusiyalı biznesmendən aksiya

Rusiyada yaşayan azərbaycanlı iş adamı, "AzNar" Şirkətinin rəhbəri Fərhad Əhmədov Qarabağın işğaldan azad olunması uğrunda qəhrəmanlıq göstərən Azərbaycan hərbçilərinə yaxından dəstək verməkdədir.

Biznesmenin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cəbhədə döyüşlər başlayan kimi dərhal Rusiyadan Göyçaya gələn Fərhad Əhmədov ordumuza və xəstəxanalarda müalicə olunan yaralı əsgərlərə yardım etməyə başlayıb. Onun təşəbbüsü ilə bir həftə öncə başlayan bu xeyriyyə kampaniyası hazırda davam edir.

İndiyədək 5 yük avtomobili vasitəsilə “AzNar” şirkətinin meyvə şirələri, qida məhsulları, on minlərlə ədəd geyim, siqaret, təraş vasitəsi və digər zəruri əşyalar, ümumilikdə dəyəri 250 min manat olan 10 çeşiddə məhsul hərbi hissələrə və hospitallara göndərilib.

Azərbaycan əsgəri ilə qürur duyduğunu deyən Fərhad Əhmədov, bu xeyriyyə aksiyasının Qarabağda müharibənin sonuna qədər davam edəcəyini bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ