Sizin reklam burada
Sizin reklam burada

AzTU-da struktur dəyişiklikləri edilib

AzTU-da struktur dəyişiklikləri edilibAzərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasın gündəliyinə uyğun olaraq AzTU-da bir sıra struktur dəyişiklikləri edilib. Universitet üzrə aparılan optimallaşdırmanı nəzərə alaraq, Tədris hissəsinin “Tədris işlərinin təşkili” və “Keyfiyyətin təminatı” şöbələrinin birləşdirilməsi və onların bazasında “Tədris işlərinin təşkili və keyfiyyətin təminatı” şöbəsinin yaradılması qərara alınıb. AzTU-da hüquqi işin təşkilini daha keyfiyyətli formada həyata keçirmək üçün Hüquq Sektorunun yaradılması barədə qərar qəbul olunub. İclasda, həmçinin Magistratura və doktorantura şöbəsinin bazasında Magistratura və Doktorantura şöbələrinin yaradılması ilə bağlı razılığa gəlinib. Bundan başqa, AzTU-nun nəzdində "Gənc texniklər" İnternet Liseyin yaradılması və universitetin publik hüquqi şəxs statusu alması ilə bağlı işlərin icrasına başlanılıb.

--
Hörmətlə,

Sevinc İsgəndərova
Azərbaycan Texniki Universitetinin mətbuat katibi
___________________________________________
(H.Cavid prospekti 25, Bakı, Azərbaycan AZ 1073)
Tel: (+994 12) 538 15 26

E-mail: sevinc.isgenderova@aztu.edu.az, metbuat@aztu.edu.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ