Sizin reklam burada
Sizin reklam burada

Bakıda gənc müəllim intihar etdi

Bakıda gənc müəllim intihar etdi

Bakıda 27 yaşlı müəllim özünü yaşadığı binanın pəncərəsindən atıb.

Bu barədə Oxu.az-a Bakı şəhər Təhsil İdarəsindən bildirilib:

“121 nömrəli tam orta məktəbdən hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb.

Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib.

Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Bizdə olan məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ