Sizin reklam burada
Sizin reklam burada

"Yeni gömrük qaydası yanlışdır, sosial gərginlik mənbəyidir" - ekspert

"Yeni gömrük qaydası yanlışdır, sosial gərginlik mənbəyidir" - ekspert

"Yeni gömrük qaydası yanlışdır, sosial gərginlik mənbəyidir". Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qadir İbrahimli Gömrük Komitəsinin xarici ölkələrdən poçt vasitəsi ilə ayda 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib. Onun fikrincə, yeni gömrük qaydaları indiki real iqtisadi və sosial reallıqlara adekvat olmayan qaydalardır:

"Böyük biznesi ölkədən qovdunuz və siyasi situasiya dəyişməyincə ölkəyə bir daha qayıtmayacaq. Məsələn, dövlət Zülfüqarlı qardaşlarının zavodlarını ona qaytarmayınca və onların təhlükəsizliyinə təminat verməyincə ciddi investorlar ölkəyə qayıtmayacaq (onların sayı yüzlərlədir). Ümid qalır xırda biznesə. Onu da məhdudlaşdırırsınız. Ölkə sürətlə böyük sosial böhrana doğru gedir. Sosial böhranlarda vergilər bir qayda olaraq azaldılır və dövlət xərcləri ixtisar edilir (inzibati binaları tikintisi və təmiri, xidməti avtomobillərin alınması və s.) Ancaq hökumət dövlət xərclərinə toxunmaq istəmir, əvəzində gömrük rüsumlarını artırır. Sadə dillə desək, böhranın fəsadlarını sadə insanların cibi hesabına ört-basdır etmək istəyir. Tamamilə yanlış və məntiqsiz yanaşmadır. Çünki sadə insanların cibini 6 aylıq karantin rejimi çoxdan soyub (hər gün bağlanan məhəllə dükanlarını yada salın). Kiçik biznes mühiti liberallaşmalıdır ki, heç olmasa bir qrup kiçik biznes hesabına dolana bilsin. Hökumət yeni gömrük qaydaları hesabına o nəfəsliyi də qapadır. Bir daha təkrar edirəm tam yanlış qərardır və hökumət vergiləri artırmaq yox, dövlər xərclərini ixtisar etmək haqqında düşünməlidir”.

Qadir İbrahimli qeyd edib ki, bu qərar süni monopoliyaların maraqlarına hesablanıb:

"Elə şərait yratmaq istəyirlər ki, adamlar ölkəyə nəsə gətirməyə maraqlı olmasınlar və istehlak məqsədi ilə alacağı əşyaları monopolistlərdən alsınlar. Yanlış qərardır və yeni sosial gərginlik mənbəyi yaradır. Zərbəsi sadə insanlara, sonda isə hökumətin özünə dəyəcək. Bu qərar ləğv edilməlidir”.
0

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ