Sizin reklam burada
Sizin reklam burada

Bakıda nazirliyin binasında yanğın - YENİLƏNİB + FOTO/VİDEO

Bakıda nazirliyin binasında yanğın - YENİLƏNİB + FOTO/VİDEO

Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün səhər saat 11 radələrində baş verib:

“Hadisə Ədliyyə Nazirliyinin inzibati binasında qeydə alınıb. Binada 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın başlayıb. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb. Eyni zamanda FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib.

Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb”.

11:45

Ədliyyə Nazirliyinin binasında baş verən yanğın artıq söndürülüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğın binanın beşinci mərtəbəsində qeydə alınıb.

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

Binadakılar təxliyyə edilib. Xəsarət alan yoxdur.

11:32

Ədliyyə Nazirliyinin binasında yanğın olub.

Oxu.Az-ın məlumatına görə, naziriliyin binasında qeyri-müəyyən səbəbdən yanğın başlayıb.

Yanğın səbəbindən nazirliyin canlı efiri dayandırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Bakıda nazirliyin binasında yanğın - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda nazirliyin binasında yanğın - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda nazirliyin binasında yanğın - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda nazirliyin binasında yanğın - YENİLƏNİB + FOTO/VİDEO

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ