Sizin reklam burada
Sizin reklam burada

Karate-Do üzrə açıq ölkə turniri keçirilib


Karate-Do üzrə açıq ölkə turniri keçirilib

Şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş Karate-Do üzrə açıq ölkə turniri keçirilib. SİA-nın məlumatına görə, yarışda Respublikanın bölgələrindən, eləcə də paytaxt Bakıdan 14 komandadan 200-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışın əsas məqsədi gənclərə vətənpərvərlik ruhunu aşılamaq, şəhidlərimizin xatirəsini yad etmək olub.

Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Karate-Do Akademiyası, rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub.

Nazirlər Kabineti Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçirilən yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin temperaturu ölçülüb, xüsusi dezinfeksiyaedici məhlullarla dezinfeksiya olunublar. Xatırladaq ki, Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində anadan olub. O, bu ilin iyul ayında, Tovuz istiqamətində hərbi xidmət zamanı düşmən təxribatının qarşısı alınarkən şəhid olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ