Sizin reklam burada
Sizin reklam burada

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək

Prezident İlham Əliyevin təsdiq etdiyi “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun aktiv
məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin
genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu
məqsədlə Fondun bu ilki büdcəsindən müvafiq istiqamətlər üzrə xərclərin artırılması nəzərdə
tutulur.
İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin
əhatə dairəsinin genişləndirilməsi, işsizlikdən sığorta ödənişi alanların sayının cari il üçün artıq
20 minə çatdırılması nəzərdə tutulur.
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi
barədə yeni Qanun bu məqsədlə Fonddan cari il üzrə ayrılması nəzərdə tutulan vəsaitin 5 mln.
manat artırılaraq 10 mln. manata çatdırılmasını nəzərdə tutur.
İşsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması ilə bərabər, onların
kiçik sahibkarlığa çıxışına şərait yaradılmasında özünüməşğulluq proqramı mühüm rol oynayır.
Proqram 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə çox olmaqla 7267 nəfəri, 2019-cu ildə isə
əvvəlki illə müqayisədə 42,45% çox olmaqla 10352 nəfəri əhatə edib. Proqrama cəlb
olunanların hər biri mal və materiallar formasında aktivlərlə təmin edilməklə, öz kiçik ailə
təsərrüfatlarını yaradıblar.
2020-ci ildə isə ötən ilə nisbətən daha çox - 12 min nəfərin proqrama cəlb olunaraq kiçik
ailə müəssisələrinin yaradılması nəzərdə tutulub. Beləliklə, proqramın genişləndirilməsi üçün
cari ildə Fonddan bu istiqamət üzrə ayrılacaq vəsait yeni Qanunla 15 mln. manat artırılaraq
78 mln. 735 min 400 manata çatdırılıb.
Məşğulluqda önəmli rola malik olan ödənişli ictimai işlər çərçivəsində sosial işçilərin
sayının təqribən iki dəfə artırılması da planlaşdırılıb. Təsdiq edilən yeni Qanun bununla bağlı
olaraq Fonddan ayırmaların 1 mln. manat artırılaraq 3 mln. manata çatdırılmasını nəzərdə
tutur.
Fondun işsiz şəxslərin peşə hazırlığı üzrə cari il üçün xərclərinin 2 mln. manat artırılaraq
7 mln. manata çatdırılması da yeni Qanunda əksini tapır. Bu isə işsiz şəxslərin əmək bazarına
çıxışına şərait yaradılması üçün əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnməsi
imkanlarının artmasına yönəlib. Həmçinin işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması
istiqamətində yeni addım kimi, beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının təşkili
işlərinə başlanması da planlaşdırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ