Sizin reklam burada
Sizin reklam burada

Nazirlikdən sığortaolunanlarla bağlı ədalətli addım:

Nazirlikdən sığortaolunanlarla bağlı ədalətli addım:


2006-2009-cu illərdə sığortaedənlərin ödədiyi 1,1 milyard manatlıq vəsaitin 75 faizi fərdi
hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilib
Sığortaedənlər tərəfindən 2006-2009-cu illərdə ödənilən, lakin işçilərin fərdi hesabları
üzrə bölüşdürülməmiş vəsait həmin işçilərin fərdi hesablarına yerləşdirilib. Toplanmış 1,1
milyard manat vəsaitin 75 faizi artıq vətəndaşların fərdi hesablarına bərkidilib. Bu da fərdi
hesablar üzrə uçotun mərkəzləşdirilməsinin tam təmin edilməsi nəticəsində mümkün olub.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlayıb.
Nazir deyib ki, bu addım həmin fərdi hesabların sahibləri olan işçilərin gələcək pensiya
təminatına, pensiya artımına, daha çox pensiya almalarına kömək edəcək. Vəsaitin fərdi
hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilməsi prosesi yaxın vaxtlarda
yekunlaşacaq.
Qeyd edək ki, fərdi uçot sistemində hər bir işçinin fərdi şəxsi hesabı mövcuddur. Bu
hesabda toplanan vəsait sığortaolunanın pensiya hüququnun formalaşmasında, habelə bu
hüquq yarandıqda pensiyasının məbləğinin müəyyən edilməsində əsas rola malikdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ